SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanın İctimai Radiosunun yaydığı xəbər biabırçılığa səbəb olub.

BAKU.WS xəbər verir ki, radionun saytında “Günlərə görə öldürülən azərbaycanlı əsgərlərin sayı” yazısında başlıq fotosu olaraq 20 il öncə ödənişli əsgərlikdən yararlanan türkiyəli müğənni Sərdar Ortaçın şəklindən istifadə edilib.

Yazıda bildirilib ki, guya Ermənistan ordusu tərəfindən indiyədək 5 min 839 Azərbaycan əsgəri öldürülüb. Türk mediası İctimai radionun bu yazısını biabırçılıq adlandırıb.

BAKU.WS