SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıtda qətl hadisəsi qeydə alınıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda baş verib.

1988-ci il təvəllüdlü İsmayılov Elgün Elşən oğlunun başına naməlum şəxs küt alətlə zərbə endirib. E.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS