Ucar sakini əmisini balta ilə qətlə yetirib

Ucar sakini küt alətlə öldürülüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bərgüşad kəndində qeydə alınıb. Kənd sakini, 1969-cu il təvəllüdlü Bayram Ata oğlu Abbasov baş nahiyəsindən aldığı ağır xəsarətlə (balta və ya küt alətlə yetirilməyə xarakterik xəsarət) Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, B. Abbasov qohumları tərəfindən öldürülüb. Faktla bağlı mərhumun qardaşı uşaqları Asif və Vasif Abbasovlar şübhəli şəxs qismində saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oğlunu öldürdüb gəlini ilə eşq yaşayan ata - Azərbaycanda ən səs-küylü QƏTLLƏR
Azərbaycanda elə cinayət hadisələri baş verib ki, onlar böyük səs-küyə səbəb olub, cinayətin detalları isə insanın qanını donduran tipdən olub. BAKU.WS “Ölkə.Az...