Bakıda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 2003-cü il təvəllüdlü Fərzəliyev Rəşad Rövşən oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS