SİZİN REKLAM BURADA!
055 213 76 73


Yasamal rayonunda mübahisə zəmnində bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında qeydə alınıb.

1990-cı il təvəllüdlü Atayev Nurlan Vəlafət oğlu naməlum şəxslə mübahisə edib.

Bu zaman o, ağır bıçaq xəsarətləri alıb.

Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

BAKU.WS