SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində, Binə yolunda qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Samir Seyfulla oğlu Əliyev naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS