SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda çay evində qətl törədib.

BAKU.WS
Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

Abşeron rayonu, Xırdalan şəhərində kirayədə yaşayan İsgəndərov Əfqan Suvarağa oğlu paytaxtın Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi 112 b ünvanında yerləşən "Dəfnə" çay evində taksi sürücüsü tərəfindən bıçaqlanıb.

Ə.İsgəndərov təcili yardım briqadası ilə Kliniki Tibbi Mərkəzə çatdırılsa da, orada dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
BAKU.WS