VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Binəqədi rayonunda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Saatlı rayon sakini, 1976-cı il təvəllüdlü İsgəndərov Əflan Suvarağa oğlu naməlum şəraitdə bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, xəstəxanada dünyasını dəyişib.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
BAKU.WS