SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir neçə gün əvvəl Ağstafada baş verən qan davasında həlak olan Zeynəb Cəlilovanın oğlu Azad Cəlilov sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib. 

BAKU.WS 
xəbər verir ki, A. Cəlilov anasını öldürülməsinə belə etiraz edib:

"Adını namus davası qoydular. Başlıq yazdılar, "Ağstafada cinayət, kalaşnikov ilə atasının qisasını aldı!" Bəs mənim anamın günahı nə idi? Sadəcə, yanlış zamanda yanlış yerdə olmaq? Mənim anam kor bir güllənin qurbanı oldu! Abbasqulu bəy demiş, "bəs bunu kimin namusuna yazaq?" Gedim qisas alım, bəlkə mən də onun anasını öldürüm? Anam geri gələcək? Namus davası adı altında binamusluq elədilər!"

O,  7 nəfəri güllələyən Elnur Süleymanovun hansısa xəstəliklə bağlı kağız aldığını iddia edib: "24 yaşlı bir binamus həyatımızı məhv etdi, artıq xəstəlik kağızını da alıb, yaxın bir neçə ilə həbsdən çıxacaq".

Qeyd edək ki, iyunun 17-də saat 08 radələrində Ağstafa rayonunun Sadıxlı kənd sakini Elvin Süleymanov Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfütı məhsullarının satış bazarında orada satıcı işləyən Sadıxlı kənd sakinləri Şərqiyyə Musayevanı, oğlanları Novruz və Şəmiddinini, Ağgöl kənd sakinin Zeynəb Cəlilovanı odlu silahla qətlə yetirib, daha 3 nəfərin isə ağır yaralayıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Ağır cinayəti törətməkdə şübhəli bilinən Elvin Süleymanova Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək  barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Zülfiyyə Qurbanova
BAKU.WS