SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda turistlərin yaşadığı ev qarət edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 11-də iki nəfər əcnəbi turistin kirayədə yaşadıqları mənzildən 3000 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qasımova saxlanılıb.
BAKU.WS