055 213 76 73
- Meydan tv müraciətdə yaranan sualları Xalidə Bayramovaya niyə verməyib?
- Xalidə xanım Meydan tv ilə üzvü olduğu siyasi komanda arasındakı münasibətdən xəbərdardırmı? Onu Azərbaycanın qara piarçısı Meydan TV-yə aparan hansı səbəb olub?
-Xalidə xanım müraciətində deyir ki, belə hadisələrdə sonradan şəffaflığı təmin etmək üçün telefona çəkmək təcrübəsi var. Maraqlıdır, bu günəcən neçə olayı çəkib?
-Bu hadisədən sonra Səbailin icra başçısı ona işdən getməyi təklif edibmi? Edibsə cavabı nə olub?
-Xalidə Bayramovanın müdafiəsinə qalxanlar, xüsusən hakim YAP-dan deputat Aydın Mirzəzadə onu müdafiə edərkən düşünmədimi ki, o, partiyasının susub müşahidəyə üstünlük verən liderinə qarşı getdi və bu kənardan çox eybəcər göründü?
- Xalidə xanımın çəkilişində əks olunan səs, "inşallah sağ qalmaz” deyən kimin idi və kimi nəzərdə tuturdu?
-Xalidə xanım deyir ki, xəstəxanada olub, maraqlıdır hansında, toksikologiyada, yoxsa travmotologiyada?
-Xəstəxanada sadəcə müşahidə etmədim deyən Xalidə xanım, görəsən uşaq səhv xəstəxanaya yönəldiləndə niyə susub?
- O həkim uşağın ailəsinə yalanı sizin yanınızdamı deyib Xalidə xanım?
-Ümumiyyətlə, ailənin aldadılmasını bilirdinizmi? Bilirdinizsə niyə susdunuz? Bilmirdinizsə niyə tələb etmədiniz ki, real vəziyyəti onlara desinlər?
-Can verən uşaq həkimlərə yalan məlumat verən vəzifə sahibi olan qadınları söz deyə bilsə də satmayanda, çox, lap çox maraqlıdır, Xalidə xanım və ordakı digərləri az da olsa xəcalət çəkiblərmi?
-Elinanı zarıyan, yaralı, kimsəsiz görəndə ana, qadın, insan olaraq Xalidə xanımın gözündən bircə gilə də olsa yaş gəlibmi?
-Uşağın xəstəxanaya getməsinə iki saat maneçilik törədilib. Niyə göz yummusunuz ki, Xalidə xanım?
-Çoxdan düşünürdüm, Meydan tv təkcə xaricdəki yox, həm də Azərbaycandakı xeyli adama öz məqsədi üçün lazımdır. Elina cinayətində üzə çıxan bu detalı istintaq nəzərə alır və araşdırırmı?
-Xalidə Bayramovaya, dövlət qulluğunda olan birinə, "Meydan TV-yə get" məsləhətini hansı “dostu” verib?
-Hamının agzina məsələ ilə bağlı az qala "qapaq vuran" istintaq, prokurorluq nə əcəb, Xalidə xanımın Meydan tv ilə əməkdaşlığına mane olmayıb?
-Xalidə xanım, uşağın yıxılmağını gizlədənlərə ortaq, həkimləri zəhərlənmə səbəbi ilə aldadanlarla çiyin-çiyinə necə dözdünüz? Vicdanınızı necə susdura bildiniz?
-Uşağa psixotrop tabletka verilməsi iddiası nə qədər həqiqətə uyğundu Xalidə xanim? Deyirlər hələ uşağa narkoman adı qoyulsun deyə birini də çantasına qoyub kimsə? Düzdürmü?
-Xalidə xanım, siz “həsribasma dolanıb gəlməklə”, yəni mediaya cıxışınızı dövlətə, dövlətçiliyə qarşı guya ən sərt söz deyən Meydan TV-dən başlamaqla, nə demək istədiniz? Azərbaycanda media strukturu yalnız Meydan Tv-dən ibarətdir, yoxsa siz özünüz də onlardan olduğunuz üçün belə etdiniz?
-Xalidə xanım niyə hamıya əvvəl "mən deyiləm" deyib, indi ordakı qadının siz olduğunu etiraf etdiniz? Yalan nəyə lazım idi?
-Özünüzü sudan quru çıxarmaq istəyirsiniz, guya günahınız yoxmuş, safsınız. Xalidə xanım siz Elinanın ruhu qarşısında da saf və vicdanlısınızmı?
Yeni Müsavat
BAKU.WS
VİDEO