SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda keçirilən əməliyyat zamanı daha bir seksual hərəkətlər etməkdə, zorlama və zorakılıqda ittiham olunan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri) və 180-ci (soyğunçuluq) maddələri ilə axtarışda olan R.İsayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS