SİZİN REKLAM BURADA!
055 213 76 73



Sabunçu rayonu ərazisindəki evlərin birindən külli miqdarda oğurluq olub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 3400 manat, 5000 ABŞ dolları, 90000 Pakistan rupisi və 10000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qurban Məhərrəmov saxlanılıb.

BAKU.WS