Bakıda ticarət mərkəzi qarət olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə dünən saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzlərinin birində qeydə alınıb.

Bakı şəhər sakini S.Bayramova məxsus mağazadan məişət əşyaları oğurlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Zaur Fərəcov Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu PB-yə təhvil verilib. Araşdırmalar zamanı saxlanılan şəxsin əvvəllər də oğurluq üstündə məhkumluq həyatı yaşadığı məlum olub.

Faktla bağlı istintaq gedir.

BAKU.WS