SİZİN REKLAM BURADA!
055 213 76 73



Sevgilisinin təhqirlərinə dözməyən qadın qan tökdü. Kişi ilə qadın arasında mübahisə qanla nəticələnib.

BAKU.WS
“ölkə.az”a istinadən xəbər verir ki, Binə südçülük sovxozunda yaşayan 1994-cü il təvəllüdlü Zeynalov Elçin Adil oğlu qeyri-rəsmi yaşadığı qadınla mübahisə edib.

Mübahisə zamanı Şərifova Gülnaz İmaməli qızı ərinə bir neçə bıçaq zərbəsi vurub. Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırıdı.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət məcəlləsinin 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. G.Şərifova isə 30-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Qadın izahatında ilkin səbəb kimi qeyri-rəsmi yaşadığı E.Zeynalovun onu tez-tez döyməsini və təhqir etməsini göstərib.

BAKU.WS