DİN tədbirləri davam etdirir: Vətəndaşlardan silahlar təhvil alındı - FOTO

Şamaxı, İsmayıllı və Saatlı sakinləri odlu silahları polisə təhvil veriblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Şamaxı və İsmayıllı rayonlarında keçirilmiş tədbirlər nəticəsində Şamaxı rayon sakininin tapdığı, İsmayıllı rayon sakininin isə qanunsuz olaraq özündə saxladığı ov tüfəngi könüllü olaraq ərazi polis şöbələrinə təhvil verilib.
Həmçinin, keçirilən tədbirlər nəticəsində bu gün iki nəfər Saatlı rayon sakini müvafiq sənədləri olmayan ov tüfənglərini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.Bu istiqamətdə tədbirlər davam etdirilir.


Oxşar xəbərlər
DİN-dən əhaliyə növbəti ÇAĞIRIŞ
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi vətəndaşlar tərəfindən cəmiyyətdə razılıqla qarşılanır. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İş...
