Yeni il gecəsi tanışını bu sözə görə öldürdü: "Sənin ananı tanıyıram" - VİDEO

2021-ci il dekabrın 31-də saat 23 radələrində polisə Binəqədi rayonu Mircəlal küçəsində yerləşən çay evlərinin birində Bakı şəhər sakini Fikrət Hüseynovun öldürülməsi barədə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhər sakini Cavid Atəşzadənin münaqişə zəminində Fikrət Hüseynovu kürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Cavid Atəşzadə istintaqa verdiyi ifadəsində F.Hüseynovun anası barədə işlətdiyi sözə görə qətlə yetirdiyini bildirib.
Qeyd edək ki, Bakıda qətl törətməkdə təqsirləndirilən Cavid Atəşzadəyə hökm oxunub və o, 17 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
“İnstagram”dakı şəkillərə görə anasını və bacısını öldürdü: “Razin”dəki qətlin TƏFƏRRÜATI
2019-cu il dekabrın 13-də Bakıxanov qəsəbəsində “Uğur” Yaşayış kompleksi, bina 8, mənzil 71-də baş verən qətlin istintaq materialları əldə olunub. Baş verən qət...
