SİZİN REKLAM BURADA!
055 213 76 73


Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik və psixotrop vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Mehman Ocaqov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 2 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı o, narkotik vasitəni 50 manat pul müqabilində Vüsal adlı şəxsdən aldığını bildirib. Keçirilmiş növbəti tədbirlər zamanı rayonun Düyərli kənd sakini Vüsal Ağayev də saxlanılıb.

Onun evinə baxış keçirilən zaman 4 bükümdə heroin və 2 bükümdə psixotrop maddə olan metamfetamin və yaxud “patı” aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.

BAKU.WS
QALEREYA