Azərbaycanlı məşhurlar Venesiyada qırmızı xalıda - FOTO

Azərbaycanlı rejissor Hilal Baydarovun “In Between Dying” filmi (“Səpələnmiş ölümlər arasında”) Venesiya Film Festivalına qatılıb.
BAKU.WS xəbər verir ki, filmin rejissoru Hilal Baydarov, quruluşçu operatoru vә prodüseri Elşәn Abbasov, baş rol ifaçıları Orxan İsgəndərli, Rəna Əsgərova festivalın qırmızı xalısına çıxıb. Onları festivalın direktoru Alberto Barbera müşayiət edib.
Qeyd edək ki, Azərbaycanla ABŞ-ın birgə istehsalı olan ekran işi festivalın əsas müsabiqə proqramında - "Qızıl şir" uğrunda yarışan ilk Azərbaycan filmidir. “In Between Dying” əsas müsabiqəyə daxil olan 18 layihədən biridir.
Qalereya
Oxşar xəbərlər
“Qış nağılı” komediyası reytinqləri alt-üst edir - VİDEO
“Qış nağılı” komediyası hazırda "Cinema Plus" kinoteatrlarında ən çox baxılan kinodur. BAKU.WS xəbər verir ki, dekabrın ilk günündən tamaşaçılara təqdim olunan...