SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Gülzar Qurbanova fəlsəfi fikirləri ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, xoşbəxt yaşamağı öyrəndiyini deyən tanınmış kinoaktrisa ölümün mövcud olmadığıını iddia edib:

Beləliklə, xoşbəxt yaşamağı öyrəndiyimi anladım. Adam öz içində öləndə, sən demə ürəyi gül kimi açılır. Əslində, sən ölmürsən, heç kim ölmür, ölüm mövcud deyil, sadəcə idrakın yeni pilləsinə yüksəlirsən, qarşında yeni naməlum bir dünya açılır.

Haradan gəldiyini bilmədiyin kimi, hara getdiyini də bilmirsən. Lakin mən dəqiq bilirəm ki, əvvəl də, sonra da mövcuddur".

Aysel
BAKU.WS