SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli aktrisa Meral Konrat rejissorluğunu Rasim Ocaqovun etdiyi "Təhminə" filmindən danışıb.

BAKU.WS axşam.az-a istinadən bildirir ki, "Gündən günə" verilişində qonaq olan sənətçi ekran işinin iki dəfə lentə alındığını bildirib:
"Təhminə" filmində tərəf müabili olaraq Adel adlı rusiyalı aktyorla çəkilişlərə başlamışdıq. Yarısına qədər lentə almışdıq. Amma filmə başlamadan öncə Fəxrəddin Manafovla tanış olmuşdum. Çəkilişlər arasında Türkiyəyə gedib qayıdırım. Rejissor Rasim Ocaqov mənə zəng vurdu ki, filmi izlədim, çox pisdir, bəyənmədim. Qorxdum ki, nə olub? Adeli bəyənmədiyini dedi. Filmi yandırmaq istədiyini söylədi. Həmin vaxtlarda filmi çəkmək çox çətin idi, böyük pullar xərclənirdi. Yenidən çəkəcəyini söylədi. Baş rolda Fəxrəddin Manafovun olacağını dedi, mən də razılaşdım. Fəxrəddini çox sevirəm. Həqiqi mənada ürəyimdədir".

Qeyd edək ki, film yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı əsasında 1993-cu ildə ekranlaşdırılıb.

BAKU.WS