SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-li rejissor və ssenarist Kventin Tarantino özünün yeni və böyük ehtimalla, sonuncu filminin ssenarisini yekunlaşdırmaq üzrədir.

BAKU.WS-in "Gazeta.ru"ya istinadən xəbərinə görə, bu barədə "The Hollywood Reporter" məlumat yayıb.

Mənbə qeyd edir ki, "Film tənqidçisidir" adlı kino əsərinin baş qəhrəmanı qadındır. Hadisələr 1970-ci illərin sonunda Los-Ancelesdə cərəyan edir.

Nəşrin məlumatına görə, lent ABŞ-li jurnalist və ən nüfuzlu film tənqidçilərin biri olan Polin Keylə (1919-2001) həsr oluna bilər.

Filmin çəkilişlərinin bu ilin payızından başlanması planlaşdırılır. Nəşrə görə, hazırda Tarantino filmin lentə alınması üçün hər hansısa kinostudiya ilə müqavilə bağlamayıb.

Bu əsər 59 yaşlı Tarantinonun karyerasında sonuncu tammetrajlı film ola bilər.

Daha öncə rejissor dəfələrlə 10-dan çox olmayaraq film çəkməyi planlaşdırdığını bildirib. Hazırda, "Kill Bill" döyüş filminin iki hissəsi bir əsər sayılsa, rejissorun aktivində 9 film mövcuddur.

K.Tarantino 1994-cü ildə rejissoru və ssenari müəllifi olduğu "Pulp Fiction" filminin ekranlara çıxmasından sonra geniş şöhrət və məşhurluq qazanıb. 

Qeyd edək ki, film ssenarilərinə görə, Tarantino 2 dəfə "Oskar"a layiq görülüb.

Xatırladaq ki, 2018-ci ildə Kventin Tarantino kino sahəsini tərk edəcəyini açıqlamışdı.

BAKU.WS