“Xənnas” 6 apreldən etibarən ölkənin bütün kinoteatrlarında - VİDEO

Azərbaycanın ilk qorxu filmi olan "Xənnas” 6 apreldən etibarən ölkənin bütün kinoteatrlarında yenidən yayıma başlayır.
BAKU.WS xəbər verir ki, 2017-ci ildə "Azərbaycanda ən yaxşı kinoteatr filmi” mükafatına layiq görülən "Xənnas”, mötəbər beynəlxalq festivallarda Azərbaycanı təmsil etmişdir.
2018-ci ildə Fajr İnternational Film Festival və 14-cü Eurasia İnternational Film Festivalında iştirak edən filmin Dünya Primyerası 21 Aprel 2018-ci ildə Tehran şəhərində baş tutub.
"Xənnas”ın ölkəmizdə birinci təqdimatı 2017-ci il 4 may tarixində olub. İlk yayım günlərindən geniş izləyici kütləsi toplayan ekran işi 6 il keçməsinə baxmayaraq, yüzlərlə tamaşaçının yenidən izləmək istədiyi film olduğu üçün, bir daha bütün ölkə kinoteatrları öz ekranlarını "Xənnas”a ayırdı.
Qeyd edək ki, film qorxu janrında olsa da, dini motivlər əsasında çəkilmiş və yüksən mənəvi dəyərlərin təbliğindən bəhs edən bir ekran əsəridir.
Oxşar xəbərlər
Azərbaycanın ilk qorxu filmi rejissorları xəstəxanalıq etdi
Onlar sözün əsl mənasında Azərbaycan kinosu tarixində bir ilkə imza atdılar. Söhbət Azərbaycanın ilk qorxu filmi olan "Xənnas"dan gedir. Filmin rejissoru Elvin...
