“Arşın mal alan” filminin kadrarxası görüntüləri - VİDEO

“Arşın mal alan” (1945) bədii filminin çəkilişlərinin kadrarxası məqamlarını əks etdirən görüntülər üzə çıxıb.
BAKU.WS xəbər verir ki, görüntülər “AzTV Tarix” yutub kanalında yayımlanıb.
Lent yazısında aktyorlarla yanaşı filmin ərsəyə gəlməsində zəhməti olan şəxslərin də kadrları yer alıb.
Filmin rejissoru Rza Təhmasib və Nikolay Leşşenko, operatorları Əlisəttar Atakişiyev və Muxtar Dadaşovdur. “Arşın mal alan” tammetrajlı bədii filmi 1945-ci il oktyabrın 1-də tamaşaçılara təqdim olunub.
Filmdə gənc tacir Əsgər rolunu Xalq artisti Rəşid Behbudov, Gülçöhrə rolunu isə Xalq artisti Leyla Bədirbəyli ifa ediblər.
Bu film Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilib.
Oxşar xəbərlər
“Nəsimi” filmi yeniləndi - VİDEO
Ustad İmadəddin Nəsimi haqqında “Azərbaycanfilm”də ekranlaşdırılan “Nəsimi” filmi bərpa edilib. Bu barədə “Balans” Milli Rəqəmsal Bərpa Studiyasından BAKU.WS-ə...
