Erməni nazir azərbaycanlı girovların qaytarılmasına razıdır?

21
sen
2019
10:40
Ermənistanın müdafiə naziri David Tonoyan əsir və girovların “ikinin ikiyə” dəyişdirilməsinə dair Azərbaycan tərəfinin təklifinin qəbul edilməsinin mümkünlüyü haqda danışıbBAKU.WS "virtualaz.org"a istinadən xəbər verir ki, Tonoyan hazırda bu məsələni müzakirə etdiklərini deyib. “Dünən Beynəlxalq Qırmızı Xaçın erməni nümayəndəliyinin rəhbəri ilə görüşdüm, mənə Azərbaycan tərəfinin iki Ermənistan vətəndaşının Qarabağda məhkum edilmiş iki azərbaycanlıya dəyişdirilməsinə dair təklifini çatdırdılar. Müzakirə prosesinin detallarını açıqlaya bilmərəm. İnformasiyanın dəqiqləşdirilməsi üçün əlavə iş tələb olunur. Biz nə vaxt dəqiqləşdirilmiş informasiya alsaq onda reaksiya verəcəyik”,-Tonoyan mətbuat konfransında deyib.Müdafiə naziri əlavə edib ki, qərarı Dağlıq Qarabağdakı rejim verməlidir. “Mən mübadilə imkanını istisna etmirəm, lakin bu Dağlıq Qarabağın suveren qərarıdır”-o bildirib.Xatırladaq ki, Azərbaycanın əsir, itkin və girov düşmüş vətəndaşların işləri üzrə Dövlət Komissiyası sentyabrın 11-də beynəlxalq təşkilatlara Dağlıq Qarabağda girov saxlanılan Dilqəm Əsgərovla Şahbaz Quliyevin Azərbaycanda saxlanılan Karen Kazaryan və Araik Kazaryanla dəyişdirilməsinə dair təklif verdiyini açıqlayıb. Ötən gün Ermənistan hökuməti bu təklifi müzakirə etdiklərini bildirmişdi.
Oxşar xəbərlər
Ermənistan Naxçıvanla sərhədə hasar hörməyə hazırlaşır
Ermənistanın müdafiə naziri David Tonoyan bu gün Beynəlxalq Qırmızı Xaç komitəsinin Yerevan nümayəndəliyinin rəhbəri Kleyr Meytronu qəbul edib. Virtualaz.org er...
