SİZİN REKLAM BURADA!
055 213 76 73



Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Rusiyadan yeni silahların alındığı barədə açıqlama verib.

BAKU.WS-in məlumatına görə, Nalbandyan silahların bölgədə hərbi balansın qorunması üçün alındığını bildirib.

Rusiyanın yeni silahları güzəştli qiymətlə İrəvana satdığını deyən Edvard Nalbandyan bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri və bölgənin fəal oyunçularından biri kimi regional təhlükəsizliyin təmin olunmasında vacib rola malikdir.

“Ermənistan müdafiə qabiliyyətini gücləndirmək üçün Rusiya ilə əməkdaşlıq çərçivəsində bütün imkanlardan istifadə edir. Rusiyanı hərbi bazasının Ermənistanda fəaliyyətinin davam etdirməsi haqqında 2010-cu ildə imzalanan yeni müqavilədə qeyd olunub ki, Rusiya Ermənistana yeni silahlar verəcək və hazırda bu proses gedir”.

Qeyd edək ki, bu müqaviləyə əsasən, Rusiyanın hərbi bazası 2044-cü ilədək Ermənistanda fəaliyyət göstərəcək.

BAKU.WS