SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.
 
Bu barədə BAKU.WS-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Aprelin 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan istifadə etməklə Tərtər rayonunun Qapanlı kəndini atəşə tutublar. Atəş nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.
 
BAKU.WS