SİZİN REKLAM BURADA!
055 213 76 73


Xarici media nümayəndələri Xocalıda narkotik plantasiyasının aşkarlandığı əraziyə baxış keçiriblər.
 
BAKU.WS xəbər verir ki, bu barədə report-un Xocalıya ezam olunmuş əməkdaşı bildirib.
 
Belə ki, 4 ölkədən - Türkiyə,Fransa, ABŞ, Almaniyadan olan media nümayəndələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 100 hektardan çox ərazidə kultivasiya üsulu ilə əkilmiş çətənə plantasiyasının aşkarlanması barədə məlumat verilib.
 
Qeyd edilib ki, Xocalıda narkotik plantasiyasının aşkarlanması onu deməyə əsas verir ki, 30 il ərzində harada ki, narkotik vasitələrin kultivasiya yolu ilə əkilib-becərilməsi mümkündür, orada bu işlər geniş səviyyədə təşkil olunub.
 
Daha sonra xarici KİV nümayəndələri ərazidən reportajlar və materiallar hazırlayıblar.
BAKU.WS
QALEREYA