SİZİN REKLAM BURADA!
055 213 76 73


Zəngilan Konqres Mərkəzi kompleksinin ilk gündən son günə kimi tikilmə prosesini nümayiş etdirən timelapse videosu yayılıb.

BAKU.WS xəbər verir ki, videoda Mərkəzin Oxçuçay sahilində yerləşməsi, işin qısa müddətdə başa çatıdılması üçün istifadə olunan resurslar və s. barədə məlumatlar qeyd olunur.

Zəngilan şəhərinin mərkəzində yerləşən bu kompleksin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 28 sentyabr 2023-cü ildə baş tutub.

Ərazisi 2,2 hektar olan Zəngilan Konqres Mərkəzi Kompleksi iki hissədən ibarətdir. Kompleksə daxil olan 600 yerlik korpusda ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün müasir standartlara uyğun şərait yaradılıb. Digər korpusda isə kiçik həcmli müxtəlif çoxfunksiyalı tədbirlərin keçirilməsi üçün zal, mətbəx və VIP otaqlar mövcuddur.

Zəngilan Konqres Mərkəzi Kompleksi yerli və xarici mütəxəssislər cəlb olunmaqla altı ay ərzində inşa edilib.

Gələcəkdə bu mərkəzdə ölkə və beynəlxalq əhəmiyyətli müxtəlif tədbirlərin keçirilməsi mümkün olacaq.

BAKU.WS
VİDEO