SİZİN REKLAM BURADA!
055 213 76 73


Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi başa çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Gəncə İcra Hakimiyyətinin qarşısından başlayan mübarizə Göygöl Milli Parkında yekunlaşıb.

İdmançılar Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vuraraq, 102,9 km məsafə qət ediblər. Finişə hamıdan tez çatan velosipedçi italiyalı Alessandro Monako olub. Onun komanda yoldaşı Emanuele Ansolini ikinci, Qazaxıstan təmsilçisi Rudolf Remxi üçüncü yeri tutub.

Hər üç idmançı mükafatlandırılıb. Qalibə mükafatını Göygöl icra başçısı Elvin Paşayev təqdim edib.

Geridə qalan dörd turdan sonra ümumi sıralamada liderliyini qoruyan İtaliya idmançısı Emanuele Ansolini sarı formanı özündə saxlayıb.

Qeyd edək ki, “Əziz Şuşa” beynəlxalq velosiped yarışına iyunun 11-də yekun vurulacaq. Son mərhələdə idmançılar Beyləqandan Şuşa şəhərinə qədər 134,9 km məsafə qət edəcəklər.

*** 11:05

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışında dördüncü mərhələ start götürüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, velosipedçilər Gəncədən mübarizəyə başlayıblar.

12 komandanın 74 idmançısı Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 km məsafə qət edərək, finişə birinci çatmağa çalışacaq.

Qeyd edək ki, ilk üç mərhələdən sonra turnirə italiyalı Emanuele Ansolini liderlik edir.

***09:29

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı davam edir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu gün turnirin dördüncü mərhələsi keçiriləcək.

Yarışa bu dəfə Gəncədən start veriləcək. Velosipedçilər Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 km məsafə qət edəcəklər.

Qeyd edək ki, ilk üç mərhələdən sonra turnirə italiyalı Emanuele Ansolini liderlik edir. İyunun 11-dək davam edəcək “Əziz Şuşa” beynəlxalq yarışının nəticələrinə əsasən, velosipedçilər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazana biləcəklər.

BAKU.WS