SİZİN REKLAM BURADA!
055 213 76 73


Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başa çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Qəbələ İcra Hakimiyyətinin qarşısından başlayan mübarizə Gəncə İcra Hakimiyyətinin binasının önündə yekunlaşıb.

İdmançılar Qəbələ - Gəncə marşrutu üzrə 170 km məsafə qət ediblər. Gəncənin mərkəzinə hamıdan tez çatan velosipedçi belçikalı Yari Verstraeten olub. Rumıniya millisinin üzvü Mixnea-Aleksandru Harasim ikinci, qazaxıstanlı Anton Kuzmin üçüncü yeri tutub.

Hər üç idmançı mükafatlandırılıb. Qalibə mükafatını Gəncə icra başçısı Niyazi Bayramov təqdim edib.

İlk iki turdan sonra ümumi sıralamada liderliyə italiyalı idmançı Emanuele Ansolini yüksəlib. O, sarı formanı Bolqarıstan velosipedçisi Martin Papanovdan ələ keçirib.

Qeyd edək ki, ilk iki mərhələdə müvafiq olaraq Martin Papanov və Luk Şurmans qalib olublar. İyunun 10-da isə Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurulduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 km yol qət ediləcək.

BAKU.WS