VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şuşa şəhərində "Wonderland Shusha, Azerbaijan" beynəlxalq skaut düşərgəsi keçirilib.

BAKU.WS xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Skautlar Assosiasiyası tərəfindən təşkil olunub.

Türkiyə, Polşa, Ukrayna, Macarıstan, Gürcüstan, Misir və Moldovadan 20 skautun da iştirak etdiyi beynəlxalq düşərgənin əsas məqsədi şanlı zəfərin şahidi olmaq, gənc skautların bacarıqlara yiyələnmələri üçün xüsusi təlimlər təşkil etmək, “Şuşa ili” çərçivəsində yerli və xarici skautların iştiraki ilə sosial layihələri həyata keçirməkdir.

Ümumilikdə 150 nəfərin qatıldığı düşərgənin ilk günü azərbaycanlı skautlar öz çadırlarını qurduqdan sonra təhlükəsizlik qaydaları ilə danış olub "zərərdən müdafiə" təlimini keçiblər. Daha sonra Şuşa şəhərinin ecazkar təbiəti və tarixi ilə yaxından tanış olublar.

Proqramı humanitar istiqamətdə qurulan bir həftəlik düşərgənin növbəti günlərində Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “İlk yardım”, Konflikt jurnalistikası məktəbi tərəfindən “Ekstrimal jurnalistika” və “Sosial şəbəkələrdən doğru istifadə etmə”, Fövqəladə Hallar Nazirliyini tərəfindən “Təməl yanğından mühafizə”, “Alpinizm alətlərindən istifadə”, “Çətin şəraitlərdə yaralıların təxliyyəsi”, Müdafiə Nazirliyini Xüsusi Təyinatlı Qüvvələri tərəfindən “Ekstrimal hallarda sağ qalma və qidalanma”, “Əldə olan vasitələrlə gecə və gündüz səmti müəyyənetmə”, "Aselsan Bakü" şirkəti tərəfindən “Simsiz radio rabitə sistemlərindən itsifadə” və s. təlimlər baş tutub daha sonra öyrəndiklərini tətbiq etmək məqsədi ilə onlar üçün ssenariləşdirilmiş simulasiya hayata keçirilib.

Düşərgə müddətində skautlar Şuşa şəhər mərkəzini tullantılardan tamizlənməsi, Tut bağındakı ağacların əhənglənməsi, cıdır düzünün təmizlənməsi və s. kimi sosial aksiyalar da həyata keçiriblər.

BAKU.WS
QALEREYA