SİZİN REKLAM BURADA!
055 213 76 73


İşğaldan azad edilmiş Ağdam şəhərinin yenidən qurulması üçün işlərə başlanılıb.

BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, ilkin olaraq işğal dövründə ermənilər tərəfindən dağıdılmış tikililərin söküntüsü həyata keçirilir. Söküntü işlərinə xeyli sayda texnika cəlb edilib.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışı yaxınlaşdıran Bərdə-Ağdam avtomobil yolunun və Bərdə-Ağdam dəmir yolu xəttinin yenidən qurulması da davam etdirilir.

BAKU.WS
QALEREYA