Azərbaycanlı deputat: "Xankəndi, Ağdərə, Xocalıda yaşayan ermənilərə səslənirəm..."

"Buradan Xankəndi, Ağdərə, Xocalıda yaşayan, rus sülhməramlıların da olduğu yerlərdəki ermənilərə səslənmək istəyirəm. Biz o erməniləri öz vətəndaşlarımız sayırıq. Reinteqrasiya qaçılmazdır və gerçəkləşəcək".
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov AŞPA-nın yaz sessiyası zamanı çıxışında deyib. O bildirib ki, hazırda Qarabağdakı möhtəşəm rekonstruksiyasının birinci mərhələsi gedir və müxtəlif kooperasiya formatları yaradılır.
"Bir çox insan sülhün mümkünlüyünə inanmaya bilər. Ancaq bu, Ermənistan hökumətinin yaymağa çalışdığı təhlükəli bir fikirdir. Bizə qarşı edilmiş cinayətləri heç bir zaman unutmasaq da, biz gələcəyə baxmalıyıq. Biz mütləq sonsuz barış konsepsiyasına deyil, əldə ediləbilən, praktik sülh konsepsiyasına istinad edirik", - deyə Kamal Cəfərov bildirib.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...
