Tovuzda şəhid dəfn edilib

14
yan
2021
13:30
Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun hərbçisi, 2000-ci il təvəllüdlü Əliyev Hüseyn Sahib oğlu Tovuzda dəfn edilib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, o, doğulduğu rayonun Əsrik-Cırdaxan kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları, döyüş yoldaşları, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, o, Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.

Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...
