Bu gecə cəbhədə baş verən atışma zamanı üç erməni hərbçisi yaralanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan müdafiə Nazirliyinin hərbi tibb idarəsinin rəisi Kamavor Xaçaturyan məlumat verib. Onun sözlərinə görə, yaralı əsgərlərdən birinin vəziyyəti xüsusilə ağırdır. Bir hərbi qulluqçu isə ölüb. 

Qeyd edək ki, atəşkəs razılaşmasına baxmayaraq Ermənistan ordusu aprelin 27-də gecə saatlarında başlayaraq Azərbaycan istiqməində hücuma keçib. Erməni silahlı birləşmələri mövqelərimizi və yaşayış məntəqələrini artleriya atəşinə tutub. Azərbaycan Silahlı Qüvvələri düşmən hücumunun qarşısını alıb, düşmən itki verərək geri çəkilib.
 
BAKU.WS