SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Azneft dairəsində yeni quraşdırma işləri görülür.

Bununla bağlı sosial şəbəkələrdə foto paylaşılıb.

Fotoda dairənin mərkəzinə Azərbaycan bayrağının rənglərində xüsusi konstruksiya yerləşdirildiyi əks olunub. Bunun yaxında baş tutacaq Qələbə paradı münasibətilə edildiyi ehtimal olunur.

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir.

Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət iştirak edəcək, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.

Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

 

BAKU.WS