SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

BAKU.WS xəbər verir ki, imzalanan üçtərəfli bəyanata əsasən, Ermənistan ordusu işğal altında saxladığı Kəlbəcəri tərk edib.

Bundan əlavə Azərbaycanın ərazisi olan Kəlbəcərdə məskunlaşan ermənilər də şəhəri tərk edərək Ermənistana yollanıblar.

Qeyd edək ki, uzun illər azərbaycanlılara məxsus Kəlbəcərdəki evlərdə yaşayan və oranı tərk etmək məcburiyyətində qalan ermənilər öz əşyalarını aparıb, evləri yandırıb, ağacları kəsib və bacardığı qədər şəhərə ziyan vurmağa çalışıb.

Ermənilər bu əməlləri ilə bir daha işğalçı və vəhşi xislətlərini ortaya qoyublar.

BAKU.WS
QALEREYA