Yevlaxda 592 ədəd çətənə kolu əkməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Yevlaxda 592 ədəd çətənə kolu əkən şəxslər saxlanılıblar.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində çətənə bitkilərini kultivasiya yolu ilə yetişdirən Tərxan Tağıyev və Calal Abduyev saxlanılıblar.
Onların yaşadıqları ünvanlara baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdikləri 592 ədəd çətənə bitkisi aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
Oktyabrın 10-da Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandırmaqda təqsirləndirilən şəxslər həbs edilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, D...