Yeniyetmə 31 yaşlı ögey atasını bıçaqladı

03
may
2022
00:02
Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Nizami kəndində yetkinlik yaşına çatmayan Sübhan Babayev (Ad-soyad şərtidir – red.) ögey atası, 1991-ci il təvəllüdlü Adəm Məmmədovu bıçaqlayıb.
31 yaşlı şəxs Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb.
Hadisəni törədən yeniyetmə ilkin ifadəsində bildirib ki, atalığı onun bacısının qızına xoşagəlməz söz dediyinə görə bıçaqlayıb. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycanda iyrənc cinayət: Qadınla qeyri-təbii yolla cinsi əlaqədə oldu, videosu çəkildi — 20 MİN MANATLIQ ŞANTAJ
Dələduzluqda və hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Hacıqabul rayon sakini, 1980-ci il təvəllüdlü Güləhməd Mirzəyevin cinayət işi üzrə məhkəm...