Yaşayış binasında güclü yanğın: sakinlər təxliyə olundu - VİDEO

Bu gün səhər saatlarında Zaqatala şəhəri C.Cabbarlı küçəsindəki beşmərtəbəli yaşayış binasının zirzəmisində baş verən yanğın nəticəsində güclü tüstülənmə başlayıb.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti, Təcili Tibbi yardım şöbəsinin həkim briqadaları, müvafiq qurumların nümayəndələri cəlb edilib.
Təhlükəsizlik tədbirlərini nəzərə alaraq bina sakinləri təhlükəsiz əraziyə təxliyə ediliblər.
Tüstüdən zəhərlənmiş iki nəfər bina sakini - 51 yaşlı Rüfət Qazıyev və 83 yaşlı Gülzaq İsmayılova Zaqatala rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətləri stabilləşib.
Daha bir neçə nəfər bina sakininə isə hadisə yerində Təcili Tibbi Yardım briqadasının həkimləri tərəfindən yardım göstərilib.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər
Tələbə qızların zəhərlənmələri ilə bağlı ŞOK TƏFƏRRÜAT - FOTO
Noyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) 2 saylı yataqxanasında 3 tələbə qız zəhərlənib. Onlardan biri - fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdl...