Xırdalanda məktəbli dünyasını dəyişib: “Xilas etmək mümkün olmadı”

15
apr
2024
13:05
Abşeron rayon Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin şagirdi dünyasını dəyişib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, məktəbin 4-cü sinif şagirdi Ruslan Elşən oğlu Kərimov uzunsürən ağır xəstəlikdən sonra vəfat edib.
Şagirdin yaxınlarının verdikləri məlumata görə, Ruslanın xəstəliyinin müalicəsi mümkün olmayıb:
“Ruslan çox yaxşı oxuyurdu, əlaçı idi. Fəal şagirdlərdən idi. Noyabr ayında beynində şiş aşkarlandı. Hətta xarici ölkədəki həkimlərə də müraciət etdilər. Ancaq xilas etmək mümkün olmadı, rəhmətə getdi”.
Oxşar xəbərlər
Valideyn: “Görənlər deyirlər ki, bıçaqlanma məktəbin içində baş verib” - YENİLƏNİB + FOTO/VİDEO
“Məktəbdə artıq ikinci dəfədir ki, belə hadisə baş verir”. Bu sözləri bu gün qətl hadisəsinin baş verdiyi Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəb...