Üstünə benzin tökülərək yandırılan 2 uşaq atasının ölmədən öncə danışdıqları - VİDEO

21
iyn
2019
18:02
Üzərinə benzin tökülərək yandırılan və hadisədən bir neçə gün sonra vəfat edən İsmayıllının Mücəftaran kənd sakini 1984-cü il təvəllüdlü Rəcəbəliyev Ramil Nazim oğlunun görüntüləri üzə çıxıb.BAKU.WS xəbər verir ki, mərhumun anası və qardaşı Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramına gələrək onun ölümündə günahlandırılanların hələ də azadlıqda gəzdiklərini deyiblər. Qardaşının sözlərinə görə, qarşı tərəf Ramilin intihar etmək məqsədilə özünü yandırdığı deyir. Efirdə Ramilin yandırıldıqdan sonra hələ sağ ikən qardaşı tərəfindən telefonla çəkilmiş görüntüləri nümayiş etdirilib. Ramil videoda başına gələnləri danışır. O, deyir ki, uşaqlarını görmək üçün qayınatasıgilə gedərkən qaynı və həyat yoldaşının bibisi oğlu onu döyüb. Daha sonra isə üzərinə benzin töküb yandırıblar. Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Arvadının bibisi oğlunun üstünə benzin töküb yandırdığı 2 uşaq atası öldü - YENİLƏNİB
İsmayıllı rayonunda iki uşaq atasının özünü yandıraraq intihara cəhd etməsi haqda prokurorluq açıqlama yayıb.İsmayıllı rayon prokurorluğundan “Qafqazinfo”ya ver...
