Özünü asan 3 uşaq anasının intihardan öncəki səs yazısı: O, məni yaşamağa qoymadı - VİDEO

25
yan
2019
14:29
Ötən il Şəkidə 3 uşaq anası Səidənin özünü asaraq öldürməsinin təffərüatları ortaya çıxıb.BAKU.WS xəbər verir ki, Səidənin anası Elmira xanım Amil Xəlilin təqdimatında yayımlanan “Gəl, dərdini danış” proqramına gələrək qızının ölümündə qudasını günahlandırıb. Gözü yaşlı ana Səidənin intihar öncəsi qardaşı Zaminə və bacısı qızı Aytaca göndərdiyi səs yazısını təqdim edib. Efirdə səsləndirilən səs yazısında həyatına son qoyan üç uşaq anası ərini sevdiyini, lakin qayınanası üzündən xoşbəxt ola bilmədiyini deyir: “Mənim bu gün həyatıma son qoymağımın səbəbkarı qayınanamdır. O arvad qoymadı bu dünyada xoş gün görüm. Daha dözə bilmirəm. Məni bağışlayın. Sizdən xahişim budur ki, meyitimi burada qoymayın. Rövşəni də tutdurmayın, qoyun uşaqlarıma baxsın. Sizin başınızı aşağı salacaq bir iş görmədim. Sevdiyimə ərə getdim, axıra qədər də tək onu sevdim".Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
3 uşaq anası özünü asdı
İmişli rayonunda 3 uşaq anası intihar edib.BAKU.WS “report”a istinadən xəbər verir ki, rayon sakini, 1992-ci il təvəllüdlü Nərmin Mansur qızı Quliyeva yaşadığı...
