Tanınmış həkimə cinayət işi açıldı
Göygöl Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Əmirxan Mövlayevə cinayət işi açılıb.
BAKU.WS "Qaynarinfo"ya istinadla xəbər verir ki, Əmirxan Mövlayevlə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.
İş baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilib və 10.01.2025-ci ildə hakim Mübariz Məmmədovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Göygöl Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Əmirxan Ramazan oğlu Mövlayev 03.01.1955-ci ildə Ermənistan Respublikası Amasiya rayonunun Əzizbəyov kəndində anadan olub.
Əmirxan Mövlayev 1973-1979-cu illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1980-1987-ci illərdə Xanlar Mərkəzi Rayon Uşaq xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 1987-2023-cü illərdə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-pediatr vəzifəsində işləyib. 2023-cü ildən tibb müəssisəsinin Uşaq şöbəsinin müdiri vəzifəsində çalışır.
Oxşar xəbərlər
Dayı və qardaşoğlu qəbir yeri baxmağa gedərkən qəzada öldü
Türkiyədə qəbir yeri baxmağa çıxan dayı və qardaşoğlu yol qəzasında həyatını itirib. BAKU.WS xəbər verir ki, hadisə dünən səhər Giresunun Bulancak rayonunda baş...