SON DƏQİQƏ: Ermənistan-Azərbaycan sərhədində gecə döyüşləri başladı

SON DƏQİQƏ: Ermənistan-Azərbaycan sərhədində gecə döyüşləri başladı
Hadisə 18084

Ermənistan silahlı qüvvələri bu dəqiqələrdə Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı mövqelərindən silahlı qüvvələrimizin mövqelərini atəşə tutmağa başlayıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hazırda iri çaplı silahlardan və artilleriya qurğularından silahlı qüvvələrimizin mövqeləri atəşə tutulur.

Son məlumatlara görə, erməni təxribatının qarşısının alınması istiqamətində silahlı qüvvələrimizin hərbçiləri tərəfindən cavab zərbəsi endirilir.

Oxşar xəbərlər

Son xəbərlər