SOCAR-ın "zapravka"sında sürücü böyük faciəyə səbəb olacaqdı (VİDEO)
30
yan
2019
11:02
Sumqayıtda yanacaq doldurma məntəqəsində gözlənilməz hadisə baş verib. BAKU.WS xəbər verir ki, SOCAR-ın YDM-də "90-OR-239" dövlət nömrə nişanlı "Mercedes" avtomobilinin sürücüsü təhlükəli vəziyyət yardıb. Avtomobilin sürücü maşına benzin vurularkən mühərriki işə salıb və YDM-dən uzaqlaşmaq istəyib. Benzin vuran "pistolet"in çənə taxılı olduğunu görməyən sürücü böyük təhlükə yaradıb. "Pistolet"i yerində çıxaran sürücü etdiklərindən sonradan xəbər tutub. Hadisə zamanı YDM-yə benzin tökülüb. Hadisə anı yaxınlıqdakı digər avtomobilin videoregistratoru tərəfindən qeydə alınıb. AbbasBAKU.WS
Oxşar xəbərlər
Xırdalanda sürücü avtomobilindəki qadına baxan kişini bıçaqladı
Abşeronda sürücü avtomobilindəki qadın sərnişinə baxan kişini bıçaqlayıb.BAKU.WS "Report" agentliyinə istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində baş ve...