Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib

24
okt
2020
21:31
Bu gün axşam saat 19 radələrində Şəki-Qax avtomobil yolunun Şəki rayonu Biləcik kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Şəki kənd sakini, 1978-ci il təvəllüdlü Eldar Şükür oğlu Mehdiyev idarə etdiyi “VAZ 2106” markalı, 55 BN 153 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən qarşısına çıxan atı vurub. Sonra minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı sürücü E.Mehdiyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
İsmayıllıdakı dəhşətli qəzada ölən və yaralananların adları bilindi - SİYAHI
Bu gün İsmayıllıda Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikro...