Sevgilisi ilə yatan 15 yaşlı qız "təcavüzə" uğradığını dedi - atası başqasını öldürdü

Sevgilisi ilə yatan 15 yaşlı qız təcavüzə uğradığını dedi - atası başqasını öldürdü
Hadisə 5892
Türkiyədə 15 yaşındakı qız "təcavüzə" məruz qaldığı üçün atası onun sevgilisini öldürüb. BAKU.WS-in məlumatına görə, hadisə ötən ilin avqust ayında Hatayda baş verib. Qızının hamilə olduğunu və təcavüzə məruz qaldığını bilən ata qızın sosial şəbəkədə tanış olduğu Məhəmməd Rəşid Yıldırımı öldürüb. Hakim qarşısına çıxarılan ataya 23 il cinayətə görə, 2 il isə sənədsiz silah saxladığı üçün həbs cəzası verilib. Daha sonradan aparılan tibbi ekspertizadan qızın öldürülən şəxs tərəfindən təcəvüz edilmədiyi məlum olub. Polisin apardığı istintaq zamanı qızın sevgilisini qorumaq üçün başqa birinin adını söylədiyi ortaya çıxıb. Bu faktdan sonra qız hamilə qaldığı qohumunu qorumaq üçün bu addıma əl atdığını etiraf edib. Öldürülən Məhəmməd Rəşid Yıldırıma böhtan atdığı üçün gənc qıza 4 il həbs cəzası verilməsi istənilib.AbbasBAKU.WS

Son xəbərlər