Şamaxıda avtomobil dərəyə aşıb, ölən və xəsarət alan var

Şamaxıda avtomobil dərəyə aşıb, ölən və xəsarət alan var
Hadisə 16

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən BAKU.WS-ə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "VAZ 2121" Niva markalı minik avtomobilinin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində yol-nəqliyyat qəzasının baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1951-ci il təvəllüdlü Aslanov Mətləb İsmayıl oğlu və sərnişin, 1956-cı il təvəllüdlü Aslanova Şövkət Qasım qızının meyiti dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər